ABŞ və Cənubi Koreya razılığa gələ bilmədi

Növbəti beşillik sazişin müddəti ötən il 31 dekabr tarixində başa çatıb.

Cənubi Koreya ərazisində yerləşən ABŞ hərbçilərinin saxlanma xərclərinin bölgüsünə dair iki ölkə arasında aparılan danışıqlarda problem yaranıb.

Bu barədə RT məlumat yayıb.

Həmçinin “Bloomberg” Cənubi Koreya hökumətindəki mötəbər mənbəyə istinadən xəbər verir ki, belə bir vəziyyətin səbəbi bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyanın sözügedən məsələyə çəkdiyi xərcləri hazırkı 860 milyon dollardan 2 milyard dollaradək artırmaq tələbi və qarşı tərəfin bununla razılaşmamasıdır.

Qeyd edək ki, ABŞ hərbi birləşmələrinin Cənubi Koreya ərazisində saxlanmasına maliyyə ayrılmasına dair növbəti beşillik sazişin müddəti ötən il 31 dekabr tarixində başa çatıb.(report.az)

© AzNews.az