8 mindən çox imza toplanaraq qanun referenduma çıxarılıb. 8 mindən çox imza toplanaraq qanun referenduma çıxarılıb.

İsveçrədə müsəlman qadınlara qadağa

8 mindən çox imza toplanaraq qanun referenduma çıxarılıb.

İsveçrənin Cenevrə şəhərində müsəlmanları və hicablı qadınları hədəfə alan qanun qəbul edilib. Qanuna görə müsəlman qadınlar dövlət qurumlarında başörtüyü ilə çalışa bilməyəcəklər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Cenevrə Böyük Məclisində uzun müddətdir müzakirə olunan qanun keçən ilin aprel ayında təsdiq olunub.

Dəyişikliyə qarşı çıxan müxalifət partiyaları və vətəndaş cəmiyyətləri qanunu referenduma çıxarmaq üçün kampaniya başladıb.

8 mindən çox imza toplanaraq qanun referenduma çıxarılıb.

Bu gün keçirilən referendumun qeyri-rəsmi nəticələrinə görə əhalinin 45%-i qanuna qarşı, qalanı isə onun lehinə səs verib.

Dini simvolların rəsmi qurum və özəl təşkilatlarda qadağan edilməsini tələb edən qanunun Cenevrədəki müsəlmanları və hicablı qadınları hədəfə aldığı deyilir.

Təxminən 500 min əhalisi olan Cenevrənin 6%-i müsəlmanlardan ibarətdir.

Pərvanə Ağazadə

AzNews.az