Avtomobil yollarında da vəziyyət çətinləşib. Avtomobil yollarında da vəziyyət çətinləşib.

Kanadada məktəblər bağlandı, səbəbi...

Avtomobil yollarında da vəziyyət çətinləşib.

Kanadanın Britaniya Kolumbiyası əyalətinin hakimiyyət orqanları regionun böyük hissəsinə yağan güclü qar səbəbindən məktəblərdə məşğələləri dayandırıb.

Milli Meteorologiya Bürosunun məlumatına görə, fevralın 11-də əyalətdə 10-15 santimetr qar yağıb, fevralın 12-də isə qarın qalınlığı 25 santimetrə çata bilər. Bu səbəbdən regiondakı aeroportlarda bir çox aviareyslər təxirə salınıb və ya ləğv edilib.

Bundan əlavə, “BC Ferries” nəqliyyat kompaniyası Vankuver şəhəri ilə Vankuver adası arasında birbaşa əlaqənin kəsildiyini bildirib. Həmçinin regionda ictimai nəqliyyatın fəaliyyətində də problemlər yaranıb.

Polisin məlumatına əsasən, hava şəraiti ilə əlaqədar avtomobil yollarında da vəziyyət çətinləşib. Yol-nəqliyyat hadisələrinin sayının kəskin artması səbəbindən bəzi iri magistrallar bağlanıb. Xəsarət alanlar barədə məlumat verilmir.(AZƏRTAC)

© AzNews.az