Patrik Şanahan İraqa elan olunmamış səfər edib. Patrik Şanahan İraqa elan olunmamış səfər edib.

Pentaqon rəhbəri İraqa getdi

Patrik Şanahan İraqa elan olunmamış səfər edib.

Pentaqon rəhbərinin vəzifələrini icra edən Patrik Şanahan fevralın 12-də İraqa elan olunmamış səfər edib.

“The Washington Post” qəzeti xəbər verir ki, səfərin gedişində onun İraqın Baş naziri Adil Əbdül-Mehdi və digər rəsmi şəxslərlə görüşü planlaşdırılıb.

ABŞ-ın Dövlət Departamenti öz növbəsində Patrik Şanahanın Birləşmiş Ştatların hərbi kontingentinin Suriyadan çıxarılması məsələsini müzakirə etmək üçün İraqdakı amerikalı komandirlərlə görüşəcəyini bildirib.

Bundan öncə isə Pentaqonun rəhbəri Əfqanıstana gedərək Prezident Əşrəf Qəni ilə terrora qarşı mübarizə aparılmasını, ölkədə sülh prosesini və ABŞ-ın Cənubi Asiya üzrə strategiyasını müzakirə edib.(AZƏRTAC)

AzNews.az