Ölənlərin sayının artacağı bildirilir. Ölənlərin sayının artacağı bildirilir.

Pakistanda terror - 4 polis öldü

Ölənlərin sayının artacağı bildirilir.

Pakistanın şimal-qərbində törədilmiş terror aktı nəticəsində dörd polis nəfəri həlak olub, daha üç qanun keşikçisi yaralanıb.

İnsidentin baş verdiyi Mahra qəsəbəsinin polis rəisi Vaqa Xan bildirib ki, polisin küçədə xidmət apardığı vaxt terrorçular qanun keşikçilərinin avtomobilinə atəş açıblar. Xəstəxanaya çatdırılan yaralı polislərdən ikisinin vəziyyətinin çox ağır olduğu, ölənlərin sayının artacağı bildirilir.

Qəsəbənin yerləşdiyi Dera İsmayıl Xan rayonu Xeyber Paxtunxva əyalətində yerləşir. Bu ərazidə son illər onlarla terror aktı törədilib.(AZƏRTAC)

AzNews.az