O, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib. O, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib.

Duterte Filippinin adını dəyişdirmək istəyir

O, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib.

Qalmaqallı açıqlamaları ilə tanınan Filippin prezidenti Rodriqo Duterte ölkənin adını “Maharlika Respublikası” kimi dəyişdirməyi təklif edib.

“Manila Bulletin” nəşrinin xəbərinə görə, o, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib.

Duterte bu bəyanatla Maqindanao vilayətində çıxış edib: “Ölkəyə Filippin adını axmaq Maqellan verib. Mən diktator Markosun təklif etdiyi “Maharlika Respublikası” adını bəyənirəm”.

Qeyd edək ki, müasir Filippin dilində maharlika sözü “kral nəcibliyi” mənasını daşıyır.(qafqazinfo.az)

AzNews.az