"Krım və Donbass bölgələrini geri almaqla kifayətlənməyəcəyik". "Krım və Donbass bölgələrini geri almaqla kifayətlənməyəcəyik".

“Prezident seçilsəm Krımı geri alacağıq” - Timoşenko

"Krım və Donbass bölgələrini geri almaqla kifayətlənməyəcəyik".

Ukraynada keçiriləcək prezident seçkilərində namizəd olan Yuliya Timoşenko Lvov şəhərində seçicilərlə görüşüb.

“Habertürk” xəbər verir ki, o, prezident seçiləcəyi təqdirdə Krımı geri alacağı barədə seçicilərə vəd verib:

“Sadəcə işğal altındakı Krım və Donbass bölgələrini geri almaqla kifayətlənməyəcəyik. Rusiyanı işğalçı dövlət olaraq beynəlxalq məhkəməyə verərək ölkəmizə dəyən ziyanı kompensasiya etməsini təmin edəcəyik”.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Petro Poroşenko daxil olmaqla 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.(qafqazinfo.az)

AzNews.az