Bu haqda "The Korea Times" qəzeti bildirib. Bu haqda "The Korea Times" qəzeti bildirib.

KXDR nüvə obyektlərinin yoxlanılmasına razılıq verdi

Bu haqda "The Korea Times" qəzeti bildirib.

Koreya Xalq Demokratik Respublikası (KXDR) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency — IAEA) müfəttişləri tərəfindən özünün nüvə obyektlərinin yoxlanılmasına razılıq verib.

Bu haqda "The Korea Times" qəzeti bildirib.

"Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin bu yaxınlarda keçirilmiş danışıqlarının gedişatında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirilməsi prosesinə nəzarət üçün bu ölkənin nüvə və raket poliqonlarına girişə icazə verilməsi ilə bağlı ilkin razılığa nail olunub", - deyə qəzetdə Cənubi Koreyadakı mənbəyə istinadən bildirilir.

Mənbənin sözlərinə görə, yoxlamaların müddətləri və keçirilmə yerləri ABŞ və Koreya Xalq Demokratik Respublikasının işçi səviyyədəki danışıqlarında müzakirə olunacaq. Rəsmi Pxenyan həmçinin müfəttişlərin təhlükəsizliyinə və yoxlamalara müdaxilə etməməklə bağlı zəmanət verib.(report.az)

AzNews.az