Dövlət başçısı ölənlərin ailələrinə başsağlığı verib. Dövlət başçısı ölənlərin ailələrinə başsağlığı verib.

Nigeriyada aksiya zamanı 14 nəfər öldü

Dövlət başçısı ölənlərin ailələrinə başsağlığı verib.

Nigeriya Prezidenti Muhammadu Buharinin tərəfdarlarının Port Harkout şəhərinin Adokiye Amiesimaka stadionunda keçirdiyi izdihamlı aksiyada qaçaqaç düşməsi nəticəsində 14 nəfər ölüb, çoxlu sayda yaralı var.

Port Harkout Universiteti xəstəxanasının baş həkimi Kem Daniel-Elebgia onlarla insanın ağır vəziyyətdə olduğunu deyib. Ölkə Prezidentinin aparatından yayılan məlumatda bildirilir ki, dövlət başçısı ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. O, həmçinin insidentin səbəblərinin araşdırılması üçün tapşırıq verib.

Nigeriyada cümə günü keçiriləcək prezident seçkilərində əsas namizəd 70 yaşlı hazırkı Prezident Muhammadu Buharidir. Ölkədə parlament üzvlərinin və qubernatorların seçkiləri isə martın 2-nə nəzərdə tutulub.(AZƏRTAC)

AzNews.az