İraq Küveytə təzminat ödəyir

Bu günə kimi İraq Küveytə yalnız 300 milyon dollar ödəyib.

BMT-nin Təzminat Komissiyasının qərarına əsasən İraq 1990-cı ildə Küveyti işğal etdiyinə görə bu ölkəyə 1,24 milyard dollar həcmində təzminat ödəməlidir.

Lakin bu günə kimi İraq Küveytə yalnız 300 milyon dollar ödəyib.

İşğaldan sonra Küveyt BMT-yə təzminat ödənilməsi haqqında müraciət edib. Uzun sürən araşdırmalardan sonra BMT-nin Təzminat Komissiyası İraqın Küveytə 1,24 milyard dollar həcmində təzminat ödəməli olduğu haqqında qərar qəbul etmişdi. Müharibənin İraq iqtisadiyyatına vurduğu zərbəni nəzərə alan BMT təzminatın hissə-hissə ödənilməsi şərti ilə razılaşıb. Səddam Hüseyn devrildikdən sonra İraqın yeni hakimiyyəti təzminatı hissə-hissə ödəməyə başlayıb və bu günədək Küvetə 300 milyon dollar ödəyib. Lakin 2014-cü ildə İŞİD terror qruplaşmasının İraqın neft hasil olunan bölgələrini zəbt etməsi təzminatın ödənilməsinin dayandırılmasına səbəb oldu.

Ötən gün BMT-nin Təzminat Komissiyası məsələyə yenidən baxaraq 2019-cu ildən başlayaraq İraqın neft satışından əldə etdiyi gəlirlərdən təzminatın qalan hissəsinin ödənilməsi haqqında qərar qəbul edib. İraq hökuməti qərara heç bir etiraz etmədən cari ildə təzminatı ödəyəcəyinə söz verib.

Xatırladaq ki, 1990-cı ilin avqustunda İraq qoşunları Küveyti işğal edərək neft quyularını ələ keçirmişdi. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 1991-ci ildə İraqı bombalayaraq Səddam Hüseyni devirib və Küveyt işğaldan azad olub.(AZƏRTAC)

AzNews.az