Polis avtomobillərin oğurlandığını ehtimal edir. Polis avtomobillərin oğurlandığını ehtimal edir.

Papua-Yeni Qvineyada 284 lüks avtomobil itdi

Polis avtomobillərin oğurlandığını ehtimal edir.

Dünyanın ən kasıb ölkələrindən olan Papua-Yeni Qvineyada beynəlxalq tədbirə gətirilən 284 lüks avtomobil itib.

Tədbirə qatılan xarici ölkə liderlərini gəzdirəcək avtomobillər arasında “Maserati”, “Bentley” kimi brend modellər də olub. Polis avtomobillərin oğurlandığını ehtimal edir. Artıq avtomobillərin axtarışına başlanılıb.

Qeyd edək ki, vətəndaşlarının 40 faizindən çoxunun gündəlik bir dollardan az gəliri olan ölkənin bahalı avtomobillər alması əhali arasında kütləvi narazılıqla qarşılanmışdı.(AZƏRTAC)

AzNews.az