İnsident nəticəsində bir neçə əsgərin də yaralandığı bildirilir. İnsident nəticəsində bir neçə əsgərin də yaralandığı bildirilir.

Yəməndə hərbi texnika partladıldı - 3 əsgər həlak oldu

İnsident nəticəsində bir neçə əsgərin də yaralandığı bildirilir.

Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi və Yəməndə husi üsyançılarına qarşı döyüşən “ərəb koalisiyasına” məxsus hərbi texnikanın partladılması nəticəsində 3 yəmənli əsgər həlak olub.

Yəmənin “Saba” informasiya agentliyi xəbər verir ki, Yəmənin Abyan əyalətində yerləşən hərbi bazadan əyalətin paytaxtı Zənzibara gedən hərbçilərə qaşı terrorçular tərəfindən bombalı hücum olub. İnsident nəticəsində bir neçə əsgərin də yaralandığı bildirilir. Yəmən ordusundan əlavə ediblər ki, hərbçilər “Əl-Qaidə” terror təşkilatının üzvlərinin bu şəhərdəki sığınacaqlarını aşkar etmək üçün göndəriliblər.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildən – husi üsyançılarının paytaxt Səna da olmaqla bütün şəhərlərində başlayıb. 2015-ci ildə Səudiyyə Ərəbistanın başçılıq etdiyi “ərəb koalisiyası”nın yerli hökumətlə üsyançılar arasında münaqişəyə müdaxiləsindən sonra vəziyyət daha da gərginləşib.(AZƏRTAC)

AzNews.az