Hadisə Fuçjou şəhərində qeydə alınıb. Hadisə Fuçjou şəhərində qeydə alınıb.

Çində yaşayış binası uçub - 10 nəfər dağıntılar altında qalıb

Hadisə Fuçjou şəhərində qeydə alınıb.

Çinin şərqində yerləşən Fuçjou şəhərində yaşayış binasının uçması nəticəsində 10 nəfər dağıntılar altında qalıb.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Hadisə yerli vaxtla saat 05:50-də baş verib. Hadisə yerində xilasedicilər işləyir, indiyədək yeddi nəfəri dağıntılar altından çıxarmaq mümkün olub. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya göndərilib.

Polis hadisənin səbəblərini araşdırır. (AZƏRTAC)