Raketləri daşıyan gəmi fırtınaya düşüb. Raketləri daşıyan gəmi fırtınaya düşüb.

Rusiyadan diqqət çəkən S-400 açıqlaması

Raketləri daşıyan gəmi fırtınaya düşüb.

Rusiyanın Çinə satacağı S-400 raketləri onları aparan gəminin fırtınaya düşməsi səbəbindən zərər görüb.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Rusiya müdafiə sənayesi şirkəti olan "Rostech"in rəhbəri Sergey Çemezov yayıb.

Onun sözlərinə görə, Çinə göndərilən və yolda zərər görən S-400-lərin yeniləri hazırlanır.

Zərər görən raketlərin məhv edildiyi bildirilir.

"Müqavilə uzun müddət əvvəl imzalanıb, ancaq qəza olub. Raketləri daşıyan gəmi fırtınaya düşüb. Göndərmək üçün yeni raketlər hazırlayırıq". Çemezov belə deyib.

Pərvanə Ağazadə

AzNews.az