"Bizdən nə istədikləri şeyləri bilirik". "Bizdən nə istədikləri şeyləri bilirik".

ABŞ generalı Suriyada PKK-lı terroristlə görüşdü

"Bizdən nə istədikləri şeyləri bilirik".

ABŞ-ın CENTCOM komandanlığının generalı Cozef Votel Suriyada Türkiyə tərəfindən axtarılan PKK-lı terrorist, "Mazlum Kobani" kod adlı Şahin Cilo ilə ABŞ-a məxsus hərbi hava bazasında görüşüb.

AzNews.az xəbər verir ki, Amerika mediasına danışan Cilo Ağ Evdən hava dəstəyi və ərazidə əlavə qüvvə istədiyini bildirib.

Votel Cilo ilə görüşdən sonra mətbuata açıqlama verib:

"Bizdən nə istədikləri şeyləri bilirik. Ancaq indi getdiyimiz yol bu deyil".

Votel ABŞ-ın Suriyada əsgər saxlaması ilə bağlı suala "Müzakirə ABŞ əsgərlərinin burada qalıb-qalmaması ilə bağlı deyil. Koalisya qüvvələrinin nə edə biləcəyi potensialına baxdıq" cavabını verib.

O, ABŞ prezidenti Donald Trampın dekabrda verdiyi çəkilmə təlimatına əməl etdiklərini də qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az

image description