Kim Çen In və Donald Tramp yalnız bir günlük görüşlə kifayətlənəcək. Kim Çen In və Donald Tramp yalnız bir günlük görüşlə kifayətlənəcək.

Kim Çen Inla Trampın görüşü ilə bağlı planlar dəyişdi

Kim Çen In və Donald Tramp yalnız bir günlük görüşlə kifayətlənəcək.

ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen In arasında fevralın 27-28-də Hanoy şəhərində keçiriləcək sammit iki gün deyil, bir gün ola bilər.

Cənubi Koreyanın YTN telekanalı xəbər verir ki, bu barədə Vyetnam və ABŞ-ın siyasi dairələrindəki bir neçə mənbə bildirib. Onların məlumatına görə, əvvəlcə liderlərin fevralın 27-28-də müzakirə aparacaqları planlaşdırılırdı. Lakin planlar dəyişib və çox güman ki, indi Kim Çen In və Donald Tramp yalnız bir günlük görüşlə kifayətlənəcək.

Bu versiyanı ABŞ nümayəndə heyətinin Hanoya səfər planı da təsdiq edir. Sənədə əsasən, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüş keçirəcək, Kim Çen Inla danışıqlar isə növbəti gün baş tutacaq.

Ekspertlərin plan dəyişikliyinin səbəbləri barədə fikirləri haçalanıb. Bəziləri düşünür ki, bu, ABŞ və KXDR-in nüvəsizləşdirmə ilə bağlı razılığa nail olmadığı mənasına gəlir. Digər mütəxəssislər isə, əksinə, hesab edirlər ki, ilkin məsləhətləşmələr zamanı bütün məsələlərdə razılıq əldə olunub və bu səbəbdən dövlət başçıları yalnız saziş imzalamaq üçün bir araya gələcək.(AZƏRTAC)

AzNews.az