Layihənin turizmdən itirilən gəlirin qaytarılmasına şərait yaradacağı deyilib. Layihənin turizmdən itirilən gəlirin qaytarılmasına şərait yaradacağı deyilib.

Misirin məşhur kurort şəhəri daş hasara alınır

Layihənin turizmdən itirilən gəlirin qaytarılmasına şərait yaradacağı deyilib.

Misir hökuməti kurort şəhəri olan Şarm-eş-Şeyxin ətrafına daş hasar çəkməyə başlayıb.

Artıq tikinti işləri getsə də, Cənubi Sinaya qubernatoru Xaled Fuda məlumatı inkar edir. Divarın hündürlüyü 6 metrdir.

Fuda bildirib ki, əslində layihə 37 kilometrdən çox olmayan uzunluqda beton baryerin quraşdırılmasını və “4 gözəl qapının qoyulmasını” nəzərdə tutur. Onun sözlərinə görə, layihə “Şarm eş-Şeyxin” bəzədilməsi və təhlükəsizliyinin təmin olunması üçün hazırlanıb. Bu isə gələcəkdə həyata keçiriləcək. Layihənin turizmdən itirilən gəlirin qaytarılmasına şərait yaradacağı deyilib.

Qeyd edək ki, şəhərin ətrafına daş hasar çəkilməsi planları hələ 2005-ci ildən mövcuddur. Ancaq bu plan həmin vaxt təxirə salınmışdı. (qafqazinfo)

AzNews.az