"24 ukraynalı dənizçi sizdə qanunsuz olaraq həbsxanada saxlanılır". "24 ukraynalı dənizçi sizdə qanunsuz olaraq həbsxanada saxlanılır".

Poroşenko məşhur rus jurnalistə əsəbiləşdi - VİDEO

"24 ukraynalı dənizçi sizdə qanunsuz olaraq həbsxanada saxlanılır".

“Rossiya 1” telekanalının müxbiri Valentin Boqdanov Ukrayna prezidenti Petro Poroşenko BMT-nin Baş Assambleyasını tərk edərkən ona keçən ilin ortalarında həbs edilən “RİA Novosti” agentliyinin Ukrayna şöbəsi üzrə rəhbəri Kiril Vışinskiyin taleyi ilə bağlı sual ünvanlayıb.

Poroşenko üzünü jurnalistə tutaraq sərt şəkildə Rusiyadan həbs etdiyi 24 ukraynalı dənizçini sərbəst buraxmağı tələb edib

“24 ukraynalı dənizçi sizdə qanunsuz olaraq həbsxanada saxlanılır. Siz təcili olaraq onlardan üzr istəməli və azadlığa buraxmalısız. Çünki siz təcavüzkarsız, beynəlxalq hüquqları pozursuz. Siz və lideriniz (Şübhəsiz ki, burada Rusiya prezidenti Vladimir Putindən söhbət gedir.-red) ukraynalıların qatilisiniz. Bunu yadınızda saxlayın", - deyə Poroşenko söyləyib.

Xatırladaq ki, ötən il noyabrın 25-də Ukraynanın hərbi gəmiləri Kerç boğazında Rusiyanın sərhədlərini pozduğu üçün atəşə tutulub və dənizçilər saxlanılıb.(qafqazinfo.az)

AzNews.az