- Dünyanın halı
- 14 Mart 2019 20:10
- 2 046
Gözlənilən qasırğa Afrikanı vurdu - 126 ölü
800-dən çox insan qasırğanın fəsadları ilə üzləşib.
Cənubi Afrika Respublikası, Mozambik və Malavidə leysan yağışları və qasırğa səbəbindən 126 nəfər dünyasını dəyişib.
Mozambikdə 66, Malavidə 56, CAR-da 4 nəfər ölüb. 800-dən çox insan qasırğanın fəsadları ilə üzləşib. 100 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Beynəlxalq yardım təşkilatları təbii fəlakət qurbanlarına kömək etmək üçün hərəkətə keçib. (qafqazinfo)
AzNews.az