Atışma zamanı 30 nəfər yaralanıb. Atışma zamanı 30 nəfər yaralanıb.

Yeni Zelandiyanın 2 məscidinə hücum olub, 27 nəfər öldürülüb - YENİLƏNİB

Atışma zamanı 30 nəfər yaralanıb.

Yeni Zelandiya məscidlərində atəş açanlardan birinin şəxsiyyəti müəyyən edilib.

Bu 28 yaşlı ultrasağçı Avstraliya vətəndaşı Brenton Tarrantdır. Ötən gün o, sosial şəbəkələrdə Türkiyə baş naziri və Almaniya kanslerini öldürmək çağırışı ilə çıxış edib.

07:45

Yeni Zelandiyanın Kraysterç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud məscidlərinə basqın edib və orada atəş açıb.

TASS-a istinadən yayılan xəbərə görə, məscidlərdə atışma zamanı ən azı 27 nəfər ölüb, 30 nəfər yaralanıb.

Basqın yerli vaxtla 13:45, günorta namazından dərhal sonra baş verib. Şahidlərin ifadələrinə görə, hücum zamanı hər iki məsciddə 500-ə yaxın adam olub. Yaralananlar yerli xəstəxanaya yerləşdirilib.

Hücum edənlərdən biri polis tərəfindən saxlanılıb. (ONA)