İraqda 9 terrorçu məhv edildi

Bu barədə cümə axşamı İraqın təhlükəsizlik orqanları məlumat yayıb.

İraqın terrorçuluqla mübarizə qüvvələri beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə ölkənin şimalında İŞİD-in dayaq məntəqəsini məhv edərək, 9 terrorçunu zərərsizləşdiriblər.

RİA "Novosti" xəbər verir ki, bu barədə cümə axşamı İraqın təhlükəsizlik orqanları məlumat yayıb.

Bildirilir ki, qruplaşma Vadi Əbu Xanacir rayonundan bir neçə on km məsafədə yerləşən Kərkük şəhərində fəaliyyət göstərib.

Dəstə üzvləri hədəfləri mülki obyektlər olan terror aktlarının hazırlanması ilə məşğul olublar.

Əməliyyat zamanı partlayıcı qurğulara qoşulmuş 20 telefonun olduğu çanta aşkar edilib.(report.az)

AzNews.az