Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır. Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır.

Konqoda 603 nəfər “Ebola” virusundan ölüb

Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır.

Ötən ilin iyulundan Konqo Demokratik Respublikasında "Ebola" virusuna yoluxmuş 600-dən çox insan ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"2019-cu ilin 18 martına, bazar ertəsinə olan vəziyyət: ümumilikdə 960 xəstəliyə yoluxma faktı, həmçinin təsdiq edilmiş 895 və ehtimal edilən 65 fakt. 603 nəfər ölüb, 314 nəfər sağalıb", - deyə nazirliyin "Twitter"də yayılmış xəbərində bildirilir.

Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır. Avqustda ölkədə 89 mindən çox insan peyvənd olunub.

Daha əvvəl bildirilirdi ki, Konqo Demokratik Respublikasında hemorajik qızdırma ilə müşahidə olunan ölümcül təhlükəli "Ebola"virusuna yoluxma hallarının sayı 658-ə çatıb.(report.az)

AzNews.az