Cənubi Koreyalı hərbçilər KXDR-də nüvə proqramı ilə bağlı aktivlik qeydə alıb. Cənubi Koreyalı hərbçilər KXDR-də nüvə proqramı ilə bağlı aktivlik qeydə alıb.

Cənubi Koreya hərbçiləri KXDR-də “nüvə aktivliyi” qeydə alıblar

Cənubi Koreyalı hərbçilər KXDR-də nüvə proqramı ilə bağlı aktivlik qeydə alıb.

KBS telekanalı xəbər verir ki, bunu Koreya Respublikasının milli müdafiə naziri Çon Gyon Du müdafiə məsələləri üzrə parlament komitəsinin martın 18-də keçirilən iclasında deyib.

İclasda, həmçinin Müdafiə Nazirliyinin KXDR üzrə siyasət departamentinin rəhbəri Kim Do Gyün də çıxış edib. O, son zamanlar Pxenyanın iki ölkə sərhədində təsadüfi toqquşmaların qarşısının alınması üzrə ötən il qəbul edilən hərbi sazişin şərtlərini dəfələrlə pozduğunu bildirib.

Onun sözlərinə görə, insidentlərin əksəriyyəti Şimal təmas xəttində qeydə alınıb. Kim Do Gyün müvafiq tədbirlərin görülməsi barədə dəfələrlə Pxenyana rəsmi nota göndərildiyini, lakin bir dəfə də olsun cavab almadıqlarını bildirib.(AZƏRTAC)

AzNews.az