KXDR lideri Kim Çen In Hanoyedə amerikalı həmkarı Donald Trampla uğursuz sammitdən sonra dəstək qazanmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır. KXDR lideri Kim Çen In Hanoyedə amerikalı həmkarı Donald Trampla uğursuz sammitdən sonra dəstək qazanmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır.

Kim Çen In yaxın vaxtlarda Rusiyaya səfər edəcək

KXDR lideri Kim Çen In Hanoyedə amerikalı həmkarı Donald Trampla uğursuz sammitdən sonra dəstək qazanmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Koreyanın "The Dong-a Ilbo" qəzeti yazıb.

"Kim Çen In uğursuz sammit fonunda Moskva ilə sıx əlaqələrinin olduğunu nümayiş etdirmək üçün Rusiyaya getməyə səy göstərir", - deyə nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin Koreya proqramları mərkəzinin rəhbəri Endryu Kimin Seulda keçirilən qapalı mühazirədə çıxışı zamanı söylədiklərini sitat gətirib.

Qəzet yazır ki, KXDR və Rusiya arasında əlaqələrin intensivləşməsi buna misal ola bilər.

Onun məlumatına görə, cari ilin mart ayında yüksəkvəzifəli Şimali Koreya diplomatları artıq üç dəfə Moskvaya səfər ediblər.

AzNews.az