Bərədə ümumilikdə 170 nəfər olub. Bərədə ümumilikdə 170 nəfər olub.

İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 71 nəfərə çatdı - YENİLƏNİB

Bərədə ümumilikdə 170 nəfər olub.

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Associated Press" rəsmi şəxslərə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 71 nəfərə çatıb.

Xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub

*** 18:13

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb.

Bu barədə "Al-Sumaria" telekanalı məlumat verib.

Məlumata görə, xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. (report)

AzNews.az

image description