Son iki ildə az hərəkət etməkdən çox kökəlib. Son iki ildə az hərəkət etməkdən çox kökəlib.

Bağdadi saqqalını boyayaraq qaçmağa çalışır - Şok iddia

Son iki ildə az hərəkət etməkdən çox kökəlib.

İŞİD lideri Əbubəkr Bağdadi xarici görkəmində dəyişiklik edərək Suriyadan İraqa qaçmağa çalışır.

Bu barədə “Əl Arabia əl-Cədid” qəzeti məlumat yayıb. Qəzet onun cəhdlərinin uğursuz olduğunu yazıb:

“Bağdadi Baqoz kəndində deyil, ancaq Demokratik Suriya Qüvvələrinin əməliyyatlarından əvvəl bura bir neçə dəfə gəlib. Təhlükəsizlik qüvvələrindən əldə edilən məlumata görə, Suriyanın başqa bir bölgəsindədir. Oradan bir neçə dəfə İraqa qaçmağa çalışıb, ancaq koalisiya qüvvələri və sərhəddəki İraq xalq müdafiə qüvvələri Haşd əl-Şabi onu dayanmağa məcbur edib”.

Məlumatda Bağdadinin mülki avtomobil və ya taksilərlə yerini dəyişdiyi qeyd edilib:

“Son zamanlarda konvoyların onu müşayiət etməsinə qarşı çıxır, mühafizəçiləri İŞİD-in formalarından fərqli əfqan paltarları geyinir. Bundan əlavə, xarici görünüşündə dəyişiklik edib. Saqqalını qısaldaraq, qırmızı rəngə boyayıb. Son iki ildə az hərəkət etməkdən çox kökəlib.

Qeyd edək ki, bundan əvvəl dəfələrlə Bağdadinin öldürülməsi barədə məlumatlar yayılsa da, xəbərlər təsdiqini tapmayıb. (Axar.az)