Onların arasında "sarı jiletlər" hərəkatının liderlərindən biri Erik Drue də var. Onların arasında "sarı jiletlər" hərəkatının liderlərindən biri Erik Drue də var.

Parisdə 51 etirazçı saxlanıldı

Onların arasında "sarı jiletlər" hərəkatının liderlərindən biri Erik Drue də var.

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı 51 nəfər saxlanılıb.

Bu barədə "BFMTV" telekanalı xəbər verir.

Məlumata əsasən, polislər tərəfindən yoxlanılan etiraz aksiyası iştirakçılarının sayı 4,6 minə çatıb. Bundan əlavə, 29 nəfər polis tərəfindən cərimələnib. Onların arasında "sarı jiletlər" hərəkatının liderlərindən biri Erik Drue də var.

E.Drue bildirib ki, o, sanksiyalaşdırılmamış etiraz aksiyasında iştirak etdiyinə görə cərimələnib.

Qeyd edək ki, bu gün Fransada "sarı jiletlər" hərəkatının 19-cu etiraz aksiyası keçirilir.

AzNews.az