- Dünyanın halı
- 25 Mart 2019 11:40
- 1 048
Netanyahu ABŞ-a səfərini yarıda dayandırdı
İsrailin hökumət başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb.
“The Jerusalem Post” xəbər verir ki, bunu hökumət başçısı özü bildirib.
“Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”, - B.Netanyahu vurğulayıb.
O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib.
İsrailin hökumət başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.
Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 6 nəfər yaralanıb.(report.az)
AzNews.az