Bu miqrantların əksəriyyəti həddi-buluğa çatmayan övladları ilə səyahət edən ailələrdir Bu miqrantların əksəriyyəti həddi-buluğa çatmayan övladları ilə səyahət edən ailələrdir

Meksika 204 miqrantı Hondurasa geri göndərdi

Bu miqrantların əksəriyyəti həddi-buluğa çatmayan övladları ilə səyahət edən ailələrdir

Meksika Miqrasiya Xidmətinin nümayəndələri bildiriblər ki, onlar Hondurasdan olan 204 miqrantı geriyə, öz evlərinə göndəriblər.

Meksika Milli Miqrasiya İnstitutunun aprelin 14-də dərc etdiyi bəyanatda bu miqrantların Meksikaya gəlməsinin “qeyri-müntəzəm” olması və onların Meksikanın cənub-şərqindəki Verakrus ştatından Hondurasa – San-Pedro-Sulaya çatdırılması bildirilir. Vurğulanır ki, bu miqrantların əksəriyyəti həddi-buluğa çatmayan övladları ilə səyahət edən ailələrdir.

Meksika hökuməti Qvatemala ilə sərhəddə humanitar vizaların verilməsini bu il dayandırıb. Bu vizalar miqrantlara Meksikanın ABŞ ilə sərhədinə çatanadək müvəqqəti immiqrasiya statusu verirdi. Martın sonunda Prezident Tramp hədə-qorxu gəlmişdi ki, əgər Meksikanın hakimiyyət orqanları ABŞ-ın cənub sərhədində miqrant axınının qarşısını almasa, ABŞ bu ölkə ilə sərhədi bağlayacaq.(AZƏRTAC)

AzNews.az