Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir

Braziliyada iki binanın çökməsi nəticəsində 15 nəfər öldü

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir

Braziliyanın Rio-de-Janeyro şəhərindəki favelada qanunsuz tikilən iki binanın çökməsi nəticəsində azı 15 nəfər həlak olub.

Brasil agentliyi xəbər verir ki, binaların çökməsinin səbəbi hələlik məlum deyil, lakin onların şəhərdə leysan yağışlarından ən çox zərər çəkən rayonda yerləşdiyi bildirilir.

Qəza zamanı, həmçinin 8 nəfər xəsarət alıb, onlardan 4-ü hələ də xəstəxanada müalicə olunur. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Bir qədər əvvəl Rio-de-Janeyro bələdiyyəsi bədbəxt hadisənin baş verdiyi ərazidə tikilən azı üç binanın söküləcəyini bildirib. Rayondakı digər binaların taleyi isə yoxlamalardan sonra məlum olacaq.(AZƏRTAC)

AzNews.az