"Biz bunu etməyə qadirik" "Biz bunu etməyə qadirik"

"Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik" - Makron

"Biz bunu etməyə qadirik"

Fransa prezidenti Emmanuel Makron yanğından ciddi ziyan görmüş Müqəddəs Məryəm ana kilsəsinin (Notr-Dam-de-Paris) bərpasının mümkün olduğunu bildirərək, yaxın 5 il ərzində bu işlərin başa çatdırılmasına çağırıb.

Bu barədə o, televiziya vasitəsilə xalqa müraciətində deyib.

“Bəli, biz Notr-Dam kilsəsini bərpa edəcəyik və o, əvvəlkindən də gözəl olacaq. Mən istəyirəm ki, bərpa işləri 5 ildən sonra bitmiş olsun. Biz bunu etməyə qadirik və bunun üçün bütün gücümüzü birləşdirəcəyik”, - Fransa prezidenti belə deyib.

AzNews.az