Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb

Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçdı

Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum edib.

Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, ölən məhbuslardan biridir.

Qaçan məhbuslar həbsxananın karaul otağında olan silahı götürməyə nail olublar. Hal-hazırda qaçan məhbusların axtarışı üzrə işlər aparılır.(trend.az)

AzNews.az