Sammers nazirlərin strateji ortaqlar olaraq görüşdüyünü deyib Sammers nazirlərin strateji ortaqlar olaraq görüşdüyünü deyib

Pentaqondan Akar-Şanahan görüşü ilə bağlı açıqlama

Sammers nazirlərin strateji ortaqlar olaraq görüşdüyünü deyib

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Çarlz E. Sammers Türkiyənin müdafiə naziri Hülusi Akar və ABŞ-ın müdafiə naziri Patrik Şanahan arasında baş tutan görüşlə bağlı yazılı açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sammers nazirlərin strateji ortaqlar olaraq görüşdüyünü deyib:

"Görüşlərini mövqelərindən daha çox mənfəətlərə, Türk-Amerikan ortaqlığının zəruriliyinə və NATO müttəfiqləri olaraq həm iki ölkədə, həm də bölgədə qarşılıqlı təhlükəsizlik və iqtisadi artımı əldə etməyə yönəltdilər”.

Xatırladaq ki, Akar Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) Türkiyə-ABŞ İş Şurası (TAİK) ilə Amerikan Türk Şurası (ATC) tərəfindən 37-ci dəfə təşkil olunan TAİK-ATC Ortaq İllik Konfrans üçün getdiyi Vaşinqtonda ABŞ-ın müdafiə naziri Şanahan ilə görüşüb.

Pərvanə Ağazadə

AzNews.az