Kipr probleminin həll yolu tapılması üçün bütün gücümlə çalışacam Kipr probleminin həll yolu tapılması üçün bütün gücümlə çalışacam

BMT-nin baş katibindən Kipr açıqlaması - "Tərəflərə çağırış edirəm"

Kipr probleminin həll yolu tapılması üçün bütün gücümlə çalışacam

BMT-nin baş katibi Antonio Quterres Kiprlə bağlı hesabat hazırlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Quterres Kiprdə 6 oktyabr 2018-ci ildən 10 aprel 2019-cu ilədək tərəflərin apardıqları müzakirələrdə əldə edilən irəliləyişlərlə bağlı hesabatını BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib.

Quterres Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Mustafa Akıncı və Kipr lideri Nikos Anastasiadisin BMT-nin nəzarəti ilə keçirdiyi görüşləri “nadir fürsət” kimi qiymətləndirib.

Baş katib müzakirələrə yenidən başlanılması üçün müəyyənləşdiriləcək şərtlər mövzusunda iki liderin bu görüşlərdə üz-üzə etdiyi müzakirələrdən sonra bəzi məsələlərin həll edilməsinin vacibliyini vurğulayıb.

Quterres vətəndaş cəmiyyətində də iki xalq arasında azca da olsa inam yarandığına işarə vurub.

O, Kipr problemi üçün təyin olunan xüsusi məsləhətçi Jane Holl Luteun tərəflərlə ayrı-ayrı görüşdüyünü, adanı 4 dəfə ziyarət etdiyini, Türkiyə, Yunanıstan və İngiltərəli səlahiyyətlilər, Avropa İttifaqından olan nümayəndələrlə görüşdüyünü qeyd edib.

Quterres müzakirələr zamanı tərəflərin həll barəsindəki öhdəliklərini təkrarlasa da, bu yöndəki işlərin uğurlu olmadığını bildirib.

“Adadakı ritorika istər ton, istər məzmun baxımından xalqları bir yerə yığacaq ortaq gələcək yerinə onları bölməyə davam edən fərqlilikləri vurğulayır. Hər iki tərəfdə müzakirələrin yenidən başlayacağı barədə şübhələr davam edir”. Quterres belə deyib.

Baş katib bu müddət ərzində Kiprdə 2 yeni sərhəd qapısının açıldığını, mobil telefonların adanın hər iki tərəfində də istifadə edildiyini, liderlərin 18 bölgədə minaların təmizlənməsi mövzusunda həmfikir olduğunu vurğulayıb.

“Kipr probleminin həll yolu tərəflərin əlindədir. Hər iki tərəf bütün mövzularda gözləntilərindən daha azını qəbul etməlidir”.

Quterres həll yolunun davamlı olması üçün əks fikirlər yerinə açıq və bərpaedici formada xalqların yaxşı məlumatlandırılmalı olduğunu bildirib.

“Kipr probleminin həll yolu tapılması üçün bütün gücümlə çalışacam. İki liderə, xalqlara və aidiyyatı tərəflərə aktiv olmaları üçün çağırış edirəm”. Quterres belə deyib.

Jane Holl Luteun görüşlərini davam etdirəcəyini bildirən Quterres Kiprdə və ətrafında olan təbii mənbələrdən hər iki xalqın da faydalanmalı olduğunu bir daha qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az