Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir

Tripoliyə raket hücumu - 2 ölü, 8 yaralı var

Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir

Liviyanın paytaxtı Tripoliyə raket hucumu olub.

AzNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, Milli Razılaşma Hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Usame Ali Tripoliyə edilən raket hücumunda ilkin məlumatlara görə, 2 qadının öldüyünü, 8 nəfərin yaralandığını deyib.

Ali bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirib.

Liviyanın Ahrar televiziyasının xəbərinə görə, Milli Razılaşma Hökumətinin sözçüsü Muhanned Yunus general Halife Hafterin qüvvələrini Tripolini bombalamaqda günahlandırıb.

“Hafterin vətəndaşları bombalaması döyüş cəbhəsindəki məğlubiyyətinin sübutudur”.

Digər tərəfdən Hafterin qüvvələri isə hadisəni Milli Razılaşma Hökumətinin üstünə atıb.

Pərvanə Ağazadə

AzNews.az