- Dünyanın halı
- 17 Aprel 2019 14:18
- 1 747
Hindistanda qasırğa 31 can aldı
Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır
Hindistanın mərkəzi və qərbi ştatlarında qasırğa və daşqınlar nəticəsində azı 31 nəfər həlak olub.
Madhya-Pradeş, Rajasthan və Qucarat ştatlarında bir neçə gündür ki, aramsız yağışlar davam edir.
Qasırğa həmin regionlarda elektrik enerjisinin kəsilməsinə və əkin sahələrinin məhvinə səbəb olub.
Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.(trend.az)
AzNews.az