Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər. Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər.

Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu

Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər.

Bu ilin əvvəlindən martın 31-dək Niderland Krallığından 9 azərbaycanlı deportasiya olunub.

Niderland Miqrantlar və Vətəndaşlıq Departamentindən verilən məlumata görə, onlardan 5-i Rusiya, 1-i Türkiyə, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər. Deportasiyaya səbəb kimi də onların müraciət zamanı məhz qeyri-dəqiq məlumatlardan istifadə etməsi, miqrasiya orqanlarını aldatması göstərilib. (report)

AzNews.az