- Dünyanın halı
- 20 Aprel 2019 08:58
- 1 268
Sabah Poroşenkonun prezident taleyinə aydınlıq gələcək
Səsvermənin nəticəsi olaraq Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib
Ukraynada keçiriləcək prezident seçkiləri ikinci turu ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.
Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu günü hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.
Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu - martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermənin nəticəsi olaraq Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib. Aprelin 21-də hər iki namizəd Ukraynanın yeni prezidentliyi uğrunda mübarizə aparacaq. (AZƏRTAC)