Mun Ce-in Qazaxıstanın Cənubi Koreya üçün əsas tərəfdaş olduğunu bildirib Mun Ce-in Qazaxıstanın Cənubi Koreya üçün əsas tərəfdaş olduğunu bildirib

Cənubi Koreya prezidenti Qazaxıstana gəldi

Mun Ce-in Qazaxıstanın Cənubi Koreya üçün əsas tərəfdaş olduğunu bildirib

Koreya Respublikasının Prezidenti Mun Ce-in ilk dəfə Qazaxıstana rəsmi səfərə gəlib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Prezident Mun Ce-in ilə görüşündə iki ölkə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Kasım-Jomart Tokayev Prezident Mun Ce-inin səfərinin Qazaxıstan ilə Cənubi Koreya arasında siyasi dialoqun və iqtisadi qarşılıqlı fəaliyyətin inkişafına güclü təkan verəcəyini vurğulayıb. Qazaxıstan Prezidenti gündəlikdə olan bütün məsələlər üzrə səmərəli danışıqlar aparıldığını və qarşılıqlı faydalı qərarlar qəbul edildiyini bildirib.

Mun Ce-in Qazaxıstanın Cənubi Koreya üçün əsas tərəfdaş olduğunu bildirib.

Görüş zamanı tərəflər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərinə, eləcə də ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə dair müzakirələr aparıblar.(AZƏRTAC)

AzNews.az