Mustafa əl-Məcəi Anadolu agentliyinə açıqlama verib Mustafa əl-Məcəi Anadolu agentliyinə açıqlama verib

Tripoli hava limanının böyük hissəsi ələ keçirildi

Mustafa əl-Məcəi Anadolu agentliyinə açıqlama verib

Liviyada Milli Razılaşma Hökumətinin (MRH) qüvvələri Tripoli Beynəlxalq Hava Limanının böyük hissəsində nəzarəti ələ alıblar.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, MRH-nin başlatdığı Burkan əl-Qadab əməliyyatının sözçüsü Mustafa əl-Məcəi Anadolu agentliyinə açıqlama verib.

O, əməliyyata bağlı qüvvələrin bu gün 3 tərəfdən hava limanına doğru irəlilədiyini bildirib.

Məcəi MRH birliklərinin Xəlifə Hafterə bağlı qüvvələrlə atışmaya girdikdən sonra hava limanının böyük hissəsini ələ keçirdiyini deyib.

O, Tripolidə təhlükəsizliyin təmin olunmasından sonrakı mərhələdə Hafter qüvvələrinin qərb bölgəsindəki mövqelərinə doğru irəliləyəcəklərini qeyd edib.

Xatırladaq ki, Liviyanın qərbindəki hərbi qüvvələrin lideri Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum əmri verib. Buna görə MRH birlikləri “Burkan əl-Qadab” əməliyyatını başladıb.

Pərvanə Ağazadə

AzNews.az