Bura bu qədər insanın gəlməsi çox xoşdur Bura bu qədər insanın gəlməsi çox xoşdur

Poroşenko balkondan xalqa səsləndi - Kamera ilə meydana toplaşanları çəkdi

Bura bu qədər insanın gəlməsi çox xoşdur

Ukraynada seçkilərdə uduzan Petro Poroşenko həyat yoldaşı Marina Poroşenko ilə balkondan xalqa səslənib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Poroşenko onu dinləməyə gələnləri kamera ilə lentə alıb.

"Bura bu qədər insanın gəlməsi çox xoşdur. Sizin bu gözəl ürəyiniz, dəstək verən sözləriniz və isti üzünüz mənə güc verir. Sizlər möhtəşəmsiniz". Poroşenko belə deyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərində 39 namizəd arasından ikinci tura qalmağı bacaran hazırkı dövlət başçısı Petro Poroşenko və məşhur komediyaçı Vladimir Zelenski arasında edilən seçkidə Zelenski 12 milyon 759 min 550 səslə ümumi səslərin 73 faizini qazanaraq qalib çıxıb.

Poroşenko isə 4 milyon 200 min səslə uduzub.

Babək Göyüş

AzNews.az

image description