"Balina ilə qarşılaşma hallarına dair protokol yoxdur" "Balina ilə qarşılaşma hallarına dair protokol yoxdur"

Yüzlərlə balina Kanar adalarında gəmilərlə toqquşaraq məhv olur

"Balina ilə qarşılaşma hallarına dair protokol yoxdur"

Təkcə bu ilin əvvəlindən Kanar adaları sahillərində gəmilərlə toqquşma nəticəsində onlarca balina məhv olub.

Ətraf mühitin mühafizəsi sahəsində məhkəmə təhqiqatları üzrə ixtisaslaşmış vəkil Alexandro Kintananın sözlərinə görə, bu, həm təbiət üçün, həm də təhlükəsiz naviqasiya baxımından təhlükəlidir.

Bütün bunların səbəbkarı balinalara yaxınlaşma hallarında bütün növlərdə olan gəmilər üçün məcburi surətdə icra ediləcək dəqiq reqlamentləşdirilmiş hərəkətlərin olmamasıdır. “Kapitan üzən tiri görərsə, bu hal üçün xüsusi protokol mövcuddur. Lakin balina ilə qarşılaşma hallarına dair protokol yoxdur. Bu, cəfəngiyyatdır”, - deyə A.Kintana bildirib.(AZƏRTAC)

AzNews.az