Fransada kafedə atışma - VİDEO

Hadisə zamanı heç kimin xəsarət almadığı bildirilir.

Fransada kafedə atışma olub.

Hadisə Turkuen şəhərində qeydə alınıb.

Şəhərin "Twitter" səhifəsində verilən məlumata görə, maskalı şəxslər kafeyə soxularaq odlu silahlardan bir neçə atəş açıblar. İlkin məlumatda hadisə zamanı heç kimin xəsarət almadığı bildirilir.

Cinayətkarlar bundan sonra avtomobillə hadisə yerindən qaçaraq gizləniblər. Əraziyə polisin terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi qrupu cəlb edilib.

Daha əvvəl Fransada "Sarı jiletlilər" hərəkatının aksiyası zamanı azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

AzNews.az