Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando istefa verib Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando istefa verib

Şri-Lanka müdafiə nazirinin katibi istefa verdi

Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando istefa verib

TASS xəbər verir ki, istefaya onun ünvanına ictimaiyyət və ölkə rəhbərliyi tərəfindən səsləndirilən tənqidlərin səbəb olduğu deyilir.

Bildirilir ki, bundan əvvəl Şri-Lanka prezidenti Maytripala Sirisena Hemasiri Fernandodan tutduğu vəzifəni öz istəyi ilə tərk etməsini xahiş etmişdi.

Bəzi Şri-Lanka mediasının yaydığı məlumata əsasən, hazırlanan hücumlar haqqında hökumətin öncədən məlumatlandırılmasına baxmayaraq, H.Fernando bunun qarşısını ala bilməyib.

Qeyd edək ki, Şri-Lankada müdafiə naziri vəzifəsini ölkə prezidenti daşıyır.

Aprelin 21-də Şri-Lankada 8 terror hücumu olub. Nəticədə 359 nəfər həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.(ona.az)

AzNews.az