İcra başçısına zərfdə güllə göndərdilər

"Məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək"

İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib.

O, bu barədə “Facebook” səhifəsində yazıb. Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb:

“Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir”. (qafqazinfo)

AzNews.az