Oliqarx geri qayıtmaq üçün şoumen Vladimir Zelenskinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini əsas şərt adlandırıb Oliqarx geri qayıtmaq üçün şoumen Vladimir Zelenskinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini əsas şərt adlandırıb

Poroşenkonun düşməni, yəhudi milyarder Ukraynaya döndü

Oliqarx geri qayıtmaq üçün şoumen Vladimir Zelenskinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini əsas şərt adlandırıb

Ukraynanın hazırkı prezidenti Petro Poroşenkonun düşməni hesab edilən yəhudi oliqarx İqor Kolomoyski dünən gecə Ukraynaya geri dönüb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı "The Babel" nəşri yayıb.

Məlumata görə, o, 2017-ci ilin iyunundan Ukraynada olmayıb. Oliqarx geri qayıtmaq üçün şoumen Vladimir Zelenskinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini əsas şərt adlandırıb.

Kolomoyskinin qayıtması barədə ilk xəbəri özünün Telegram kanalında jurnalist Mixail Tkaç yazıb. Onun sözlərinə görə, "Privat" qrupunun təyyarəsi Dnepr hava limanına Tel-Əvivdən gecə saat 02:30-da çatıb.

Daha sonra "The Babel" nəşri iş adamının qayıtması haqqında məlumatı təsdiqləyib.

Kolomoyski açıqlamasında vətəndə ilk növbədə nə ilə məşğul olacağını bilmədiyini deyib.

Mənbə yazır ki, sahibkar 2017-ci ilin iyun ayından Ukraynada olmayıb və o vaxtdan İsveçrə və İsraildə yaşayıb.

Xatırladaq ki, İqor Kolomoyski ilə Petro Poroşenko arasında çıx ciddi narazılıqlar yaşanıb və bu üzdən də o, Ukraynanı tərk etməli olub.

Kolomoyskinin biznesi 1990-cı illərdə qol-qanad atıb və televiziya, metallurgiya, neft sənayesi və bank işi kimi sahələri birləşdirib. O, Ukraynada ən korrupsiyalaşmış şəxslərdən biri kimi nüfuzunu möhkəmləndirən bir neçə hakimiyyəti zorla ələ keçirmək halları sayəsində 1,2 milyard dollar dəyərində var toplayıb. Kolomoyski “Faynenşl Tayms”a müsahibədə bu təsviri xoşagələn adlandırıb. O deyib: “Mən canavar kimiyəm. Zəifləri və xəstələri öldürərək qida əldə edirəm”. Rusiya 2014-cü ildə Krımı ələ keçirib Ukraynanın şərqində iğtişaşlar törətdikdən sonra Kolomoyskini ona doğma Dnepropetrovsk vilayətinə qubernator təyin ediblər. Onun sözlərinə görə, bu vəzifəni tutmağa onu məhz vətənsevərlik itələyib. O, qubernator postunda Rusiya ilə mübarizə üçün könüllülərin döyüş dəstələrini yaradıb, çünki Ukrayna ordusu ölkəni müdafiə edə bilmirdi. Lakin Poroşenko təyinatdan hansısa bir vaxt keçəndən sonra məqamdan öz biznes maraqları üçün yararlandığı və könüllülər batalyonunu şəxsi orduya çevirdiyi əsasda Kolomoyskini işdən çıxardıb.

Babək Göyüş

AzNews.az