Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb. Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb.

Çində bina çökdü: 5 nəfər öldü - Yenilənib

Şanxayda binanın çökməsi nəticəsində 5 nəfər ölüb.

TASS xəbər verir ki, təmir işləri aparılan fabrik binasının damı qismən çöküb.

Hadisə zamanı binada 20 işçi olub. Son məlumatlara görə, xilasedicilər 19 nəfəri dağıntılar altından çıxara biliblər. Binanın çökməsi nəticəsində ağır xəsarət alan işçilərdən beşinin həyatını xilas etmək mümkün olmayıb.

Sağ qalmış 14 nəfərin vəziyyəti sabit olaraq qiymətləndirilir. Bir nəfərin axtarışları davam edir.(report.az)

***
10:25

Çinin ən böyük şəhərlərindən olan Şanxayda binanın çökməsi nəticəsində 20 nəfər dağıntılar altında qalıb.

Hadisə səhər saatlarında Çannin rayonunda baş verib.

Dərhal hadisə yerinə gələn xilasedicilər dörd nəfəri xilas ediblər.

Hazırda uçqun altında qalanların axtarış-xilasetmə işləri aparılır.(AZƏRTAC)

AzNews.az