Bu gün 100 milyondan çox hindistanlı səs verəcək

Seçicilər 918 namizəd arasından seçim etməli olacaqlar

Hindistanda bu gün başlayan parlament seçkilərinin yekun yeddinci mərhələsində təxminən 101,7 milyon insanın iştirak edəcəyi gözlənilir.

Seçicilər 918 namizəd arasından seçim etməli olacaqlar.

Qeyd edək ki, ölkədə parlament seçkiləri prosesi bir aydan çoxdur ki, davam edir. 29 ştat və 7 ittifaq ərazilərində səsvermə yeddi mərhələyə bölünüb. İlkin səsvermə aprelin 11-də baş tutub.

Səsvermənin nəticəsi mayın 23-də elan olunacaq.

Ən çox səs toplayan partiya hakim koalisiyanı təşkil etmək, hökuməti formalaşdırmaq və baş nazir təyin etmək səlahiyyətlərinə sahib olacaq.(qafqazinfo.az)

AzNews.az