Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub

Yeraltı təkanların ocağı isə 10 kilometr dərinliyində yerləşib.

Yeni Kaledoniya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

"UTC" vaxtı ilə 14:56 qeydə alınan yeraltı təkanların episentri Todin şəhərindən 168 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. (trend)

AzNews.az