Nə İraq hakimiyyəti, nə də İraq xalqı yeni bir müharibəyə tab gətirə bilər Nə İraq hakimiyyəti, nə də İraq xalqı yeni bir müharibəyə tab gətirə bilər

ABŞ-İran müharibəsi İraqın sonu olacaq - Bağdaddan qorxunc açıqlama

Nə İraq hakimiyyəti, nə də İraq xalqı yeni bir müharibəyə tab gətirə bilər

İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr ABŞ və İran arasında baş tuta biləcək müharibə ilə bağlı xəbərdarlıq edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sədr bu barədə sosial media hesabından açıqlama yayıb.

İraqlı lider ABŞ və İranın müharibə etmək istəmədiyini və onların buna sövq edildiyini vurğulayıb:

“Mən İran və ABŞ arasında müharibənin körüklənməsinin tərəfdarı deyiləm. İraqın bu savaşa sürüklənib müharibə meydanına çevrilməsinə də razı deyiləm. Biz İraq olaraq birləşib ciddi mövqe sərgiləməsək, bu müharibə sonumuz ola bilər.

Nə İraq hakimiyyəti, nə də İraq xalqı yeni bir müharibəyə tab gətirə bilər. Bizim sülh və abadlığa ehtiyacımız var. Hər hansı tərəf İraqı savaşa sürükləsə və onu müharibə meydanının mərkəzinə çevirsə, o, İraq xalqının düşməni olar”.

Pərvanə Ağazadə

AzNews.az